19 oktyabr 2024 at 20:08
Jurnalist kodu: 5561
Xəbər kodu: 85632921
T T
0 Persons
Admiral İrani: Dünya bəşər tarixinin ən böyük soyqırımına şahidlik edir

Tehran - İRNA - Ordu Dəniz Qüvvələrinin komandanı deyib: “Bu gün dünya bəşər tarixinin ən böyük soyqırımına şahidlik edir və Fələstin, Livan və Yəmənin məzlum xalqları təzyiq altındadır.”

Admiral Şəhram İrani şənbə günü “IMEX 2024” Birgə Dəniz Təliminin koordinasiya və brifinq iclasının keçirilməsi məqsədi ilə Bəndər Abbasa toplaşan xarici ölkələrdən gəlmiş qonaqlar qarşısındakı çıxışında deyib: “Bu təlim Hind okeanının şimalında və onun ən mühüm keçidlərindən birində keçiriləcək.”

Şimali Hind okeanının dünyanın ən mürəkkəb təhlükəsizlik mühitlərindən birinə çevrildiyini bəyan edən admiral deyib: “Bu fakt həyati əhəmiyyətli dəniz rabitə xətlərinə təsir göstərir və bu, onları regional qeyri-sabitlik və müxtəlif çağırışlara qarşı həssas edir.”

O, qeyd edib ki, bu regionda ən böyük hərbi toplantı kimi “IMEX 2024” sözügedən problemlərin həllində mühüm rol oynaya bilər, çünki heç bir ölkə təkbaşına bu geniş dəniz ərazisində tam təhlükəsizliyi və əmin-amanlığı təmin edə bilməz.

Admiral İrani Hind okeanının qonşuluğundakı fəlakətli humanitar vəziyyətə işarə edərək deyib: “Bu gün dünya bəşər tarixinin ən böyük soyqırımına şahidlik edir və Fələstin, Livan və Yəmənin məzlum xalqları təzyiq altındadır. Azadlıq ardınca olanlar və ilahi dinlər ambisiyaların və ədalətsizliyin qurbanı olub. Amma Amerika və Avropada yalnız insan haqları sözündən istifadə edərək ölkələrin, xüsusən də müsəlman ölkələrinin siyasi, sosial və mədəni strukturlarına müdaxilə edən yalançı insan haqları iddiaçıları bu gün öz xalqının istəyini nəzərə almadan var gücü ilə dini inancından asılı olmayaraq bölgənin məzlum insanlarını, qadın və uşaqlarını, beynəlxalq təşkilatların qüvvələrini müasir silahlarla qətlə yetirirlər, daim Hind okeanı regionunun sülhsevər ölkələri arasında təfriqə yaratmaqla Hind okeanı regionunun dəniz qüvvələrini təhlükəsizlik problemlərinə cəlb etməyə çalışırlar.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .